Azərbaycan millisinin sabiq üzvü 36 yaşında böyük futbola qayıdıb.
Söhbət uzun illərdir Latviyada yaşayan Vüqar Əsgərovdan gedir.
Təcrübəli hücumçu Latviyanın yüksək dəstəsinə yeni vəsiqə qazanan ”Super Nova” ilə anlaşıb. O, qarşıdakı mövsümdə Olayne təmsilçisinin uğurları üçün tər tökəcək.
Əsgərov sonuncu dəfə 2020-ci ildə Latviya elitasında çıxış edən “Dauqavpils”in şərəfini qorumuşdu. Ardıcıl zədələrdən əziyyət çəkən futbolçu 2 ilə yaxındır peşəkar karyerasını başa vurub, həvəskar səviyyədə oynayırdı.
Görünür, yeni təklif cəlbediciliyi ilə onu yenidən böyük futbola qayıtmağa məcbur edib.
Vüqar karyrası ərzində Latviyanın yeksək dəstəsində “Metallurq”, “Dauqavpils” və “Lipeya”nın formasını geyinib. Azərbaycanda “Sumqayıt”da və “Araz Naxçıvan”da oynayıb.
Berti Foqtsun dönəmində 3 matçda Azərbaycanın əsas millisinin formasını tərlədib.
HƏBİB / SPORTİNFO.AZ

