
"Yaş artdıqca öz kökün haqqında daha çox bilmək, öyrənmək istəyirsən”.
Sportinfo.az xəbər verir ki, bu sözləri Rusiya yığmasının əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Səmədov deyib.
Adıçəkilən ölkədə “Spartak”, “Dinamo”, “Lokomotiv” kimi iddialı klubların formasını geyinmiş keçmiş yarımmüdafiəçi özünü həm rusiyalı, həm də azərbaycanlı kimi hiss etdiyini söyləyib:
“Düzdür, burada anadan olmuşam. Rusiyanı, Moskvanı sevirəm. Bura mənim üçün dünyanın ən yaxşı şəhəridir.
Amma mənim köküm Azərbaycandandır. Hər iki ölkənin mədəniyyəti haqqında çox şey bilirəm".