Azərbaycan millisinə çağırılan müdafiəçi futboldan getdi – 36 yaşında

2 Dekabr 2021 13:20 Bizimkilər 903
Azərbaycan millisinə çağırılan müdafiəçi futboldan getdi – 36 yaşında

Azərbaycan millisinin keçmiş müdafiəçisi Emin Nuri peşəkar karyerasını başa vurmağa qərar verib.

Sportinfo.az xəbər verir ki, bu barədə onun formasını geyindiyi İsveçin “Kalmar” klubunun rəsmi saytı məlumat yayıb. İ

sveç çempionatında cari mövsümün başa çatması ilə 36 yaşlı futbolçunun da peşəkar oyunçu karyerası bitmiş olacaq.

Bu komandada keçirdiyi 13 mövsüm ərzində 250-dən çox oyun keçirmiş müdafiəçi klub saytına açıqlamasında bu illər ərzində ona dəstək olan hər kəsə təşəkkür edib.

Emin 2008-ci ildən “Kalmar”da çıxış edirdi. O, bu komandada 263 matça çıxıb. Nuri 2014-cü ildə Azərbaycan millisinə də dəvət alıb.

Yığmamızın həmin dövrdəki baş məşqçisi Berti Foqts ona Özbəkistanla yoxlama matçında debüt şansı da yaradıb. Lakin bu, onun millimizdəki ilk və sonuncu matçı olub.

İsveç çempionatında cari mövsümün başa çatmasına cəmi iki tur qalıb. “Kalmar” hazırda 16 komanda arasında 6-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?