"Avropa çempionluğuna çox böyük əziyyətlə nail olduq"

17 Noyabr 03:50 Digər növlər 874
"Avropa çempionluğuna çox böyük əziyyətlə nail olduq"

"Bu qələbəyə çox böyük əziyyətlə nail olduq".

Sportinfo.az xəbər verir ki, bunu aerobika gimnastikası üzrə Avropa çempionatının qızıl medalçısı Mədinə Mustafayeva jurnalistlərə açıqlamasında deyib.

O, komanda yoldaşı ilə birlikdə qızıl medal qazandıqları üçün özünü xoşbəxt hiss etdiyini deyib.

"Sevincimin həddi-hüdudu yoxdur. Həqiqətən çətin günlərimiz çox olub, zədələrimiz, ağrılarımız olub.

Dünya çempionatında medallarımız var idi, Avropa çempionatında bu ilkdir, özü də qızıl. Bizə dəstək olan hər kəsə təşəkkür edirik", - gimnast deyib.

Mədinə Mustafayeva və Vladimir Dolmatov çütlüklərin yarışında Avropa çempionu olublar.

Digər Xəbərlər
Xəbər Lenti
14 Dekabr 20:00 Çək və bizə göndər!