“Antalyaspor”a gedən azərbaycanlı məşqçi: “Nə vaxt çətinliyim yaranıbsa…”

29 İyul 2021 15:00 Bizimkilər 1 432
“Antalyaspor”a gedən azərbaycanlı məşqçi: “Nə vaxt çətinliyim yaranıbsa…”

“Bura gəlməyimin səbəbkarı Ersun Yanaldır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq baş məşqçisi Füzuli Məmmədov deyib.

Ötən ilin noyabrında paytaxt klubundan ayrılan mütəxəssis hazırda “Antalyaspor”un Erzurumda yerləşən düşərgəsində yer alıb. O, yerli həmkarı Ersun Yanalın şəxsi dəvəti ilə Türkiyəyə səfər edib.

Türkiyəli çalışdırıcı Məmmədovu özünün məşqçi korpusunda görmək niyyətindədir və təklif göndərməkdə məqsəd anlaşma şərtlərini üzbəüz müzakirə etməkdir.

Azərbaycanlı mütəxəssis səfərlə bağlı bunları söyləyib: “Yanalla bir-birimizi uzun zamandır tanıyırıq. Aramızda çox böyük hörmət-izzət var.

İşlədiyim zaman nə çətinliyim yaranıbsa, onunla əlaqə saxlamışam. Təcrübəsindən yararlanmışam, mənə hər zaman dəstək verib.

Hələ 1 ay əvvəl mənimlə əlaqə saxlayaraq, Sloveniya toplanışında məni görmək istədiyini bildirdi.

Erzurum toplanışından qabaq da əlaqə saxladı və bura dəvət etdi, mən də qəbul elədim. Yanal Türkiyədə müasir futbolun texnalogiyasından istifadə edən yeganə mütəxəssisdir.

Belə modern iş proqramı yalnız “top klublar”da olur. Bunlar günün tələbidir. Biz “Pro” kateqoriyalı kurslarda da onu öyrənirik.

Burada olmağı çox istəyirdim və məni yaxşı qarşıladılar. Bu, məşqçi kimi yetişməyımə, daha çox bilgi toplamağıma kömək edəcək.

Gələcək barədə hələ heç nə deyə bilmərəm. Gündəlik olaraq məşqlərdə iştirak edirəm, Yanal və köməkçiləri ilə bir yerdəyəm”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı