Bu gün Polşada Azərbaycan derbisi olacaq

24 İyul 2021 19:20 Bizimkilər 1 714
Bu gün Polşada Azərbaycan derbisi olacaq

İyulun 23-də Polşada Ekstraklasa (yüksək liqa) start götürüb.

Sportinfo.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” 2021/22 mövsümündə daxili liqadakı ilk matçını bu gün keçirəcək.

Son ölkə çempionu olan Varşava təmsilçisi öz meydanında “Visla”nı (Plotsk) qəbul edəcək

. Bu komandada Mahirin “Qarabağ”dakı komanda yoldaşı olmuş Yakub Jezniçak, eləcə də millimizin üzvü Anton Krivotsyuk da çıxış edir.

Oyun Bakı vaxtı ilə saat 22.00-da başlanacaq. Futbolçumuzun oyunun sifariş ərizsində yer alacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!