Yığmamız paraddan keçdi – VİDEO+FOTOREPORTAJ

23 İyul 2021 17:40 Bizimkilər 1 399
Yığmamız paraddan keçdi – VİDEO+FOTOREPORTAJ

Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paraddan keçib.

Sportinfo.az xəbər verir ki, tədbirdə 27 nəfərlik heyət iştirak edib.

Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Fərid Mansurov da yer alıb. Azərbaycan bayrağını cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyıb.

Paradda olimpiadanın vətəni Yunanıstan birinci, qaçqınlardan ibarət Olimpiya komandası ikinci, İslandiya üçüncü, İrlandiya isə dördüncü keçib. Qaçqınların komandasından sonra sıralama Yaponiya əlifbasına əsasən aparılıb.

Pandemiya ilə əlaqədar nümayəndə heyətləri arasında böyük ara məsafəsi olub.

İştirakçılar rəsmi nümayəndələrdən ibarət 950 tamaşaçı ilə yanaşı, boş tribunaları da salamlayıblar.

Tokio-2020-nin bağlanış mərasimi avqustun 8-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti