Mahir Emreli özünü "Flora"ya necə göstərdi?

22 İyul 2021 01:00 Bizimkilər 3 319
Mahir Emreli özünü "Flora"ya necə göstərdi?

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Legiya” klubunda növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı hücumçu Çempionlar Liqasının II təsnifat mərhələsinin “Flora” (Estoniya) ilk oyununun iştirakçısı olub.

Təmsilçimiz Varşavadakı qarşılaşmaya start heyətində çıxıb. Onun komandası 5-ci dəqiqədə Bartoş Kapustkanın qolu ilə hesabı açıb.

Estoniyalılar 53-cü dəqiqədə hesabda tarazlıq yaradıb. Rauno Seppinen fərqlənib. Bu qoldan üç dəqiqə sonra Mahir əvəzlənərək meydanı tərk edib. Polşa çempionu 90+1-ci dəqiqədə Rafael Lopesin qolu ilə çətin ev qələbəsi qazanıb.

“Legiya” “Flora” ilə cavab qarşılaşmasını iyulun 27-də keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi