
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Radomyak” (Polşa) yeni mövsümə hazırlıq planları ilə bağlı qərar verib.
Sportinfo.az xəbər verir ki, Joao Enrikeşin rəhbərlik etdiyi kollektiv iyunun 18-də öz bazasında toplanacaq və iyulun 21-dək orada hazırlaşacaq.
Burada 5 yoldaşlıq oyunu keçirəcəklər.
Artıq rəqiblər də bəllidir: “Poqoni Qrodzisk Mazovieçki” (2 iyul), “Omoniya” (Nikosiya) (5 iyul), “Stali Staleva-Volya (1 iyul) və “Bruk-Bet Termaliki”(12 iyul). Ekstraklasada yeni mövsümə iyulun 18-də start veriləcək.