"Klubsuzam, Azərbaycandan real təklif almamışam, zəng gözləyirəm"

22 Aprel 2021 20:00 Bizimkilər 1 995
"Klubsuzam, Azərbaycandan real təklif almamışam, zəng gözləyirəm"

Sportinfo.az xəbər verir ki, son vaxtlar ölkə xaricində çıxış edən Amit Quluzadə hazırda klubsuzdu.

Son olaraq "Milsami"nin şərəfini qoruyan futbolçu iki aydı Moldova təmsilçisindən ayrılıb.

Hazırda Bakıda olan yarımmüdafiəçiyə hələ də real təklif olmayıb (Futbol+):

"İki aydan çoxdu klubsuzam. Azərbaycan klublarından real təklif almamışam. Əslində yayı gözləyirəm.

Bir neçə yerdən zəng gəlib, onlarla bağlı vəziyyət yayda dəqiqləşəcək. Məsələ çox qarışıq olduğuna görə, dərinə getmək, bu haqda danışmaq istəmirəm".

Digər Xəbərlər
Xəbər Lenti