Azərbaycanlıiddialı danışdı: “Rəqibimin nəfəsini kəsəcəm” - FOTO

1 Mart 2021 23:20 Bizimkilər 582
Azərbaycanlıiddialı danışdı: “Rəqibimin nəfəsini kəsəcəm” - FOTO

Azərbaycanlı MMA döyüşçüsü Əli Quliyev “Brave CF 47” döyüş gecəsində hindistanlı Rana Rudra ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, keçirdiyi beş görüşdə məğlub olmayan Əli asiyalı rəqibi barədə danışıb.

O, 11 döyüşdə məğlubedilməz olan rəqibini tanımadığını və bu turnirdə əsas hədəfinin İngiltərəni təmsil edən digər məğlubedilməz 20 yaşlı superulduz Məhəmməd Mokayevlə qarşılaşmaq olduğunu bildirib:

“Rəqibim Rana haqda çox məlumatım yoxdur. Fikrim onu yarışdan çıxartmaq və yaxşı döyüşməkdir. “Brave”də döyüşmək Azərbaycan üçün böyük imkandır. Burada çox döyüş keçirməyi planlaşdırıram.

Rəqibimin birinci raundda nəfəsini kəsib, təslim edəcəyəm. Arzum sonra Məhəmməd Mokayevlə döyüşmək olacaq. Mən ona bir neçə dəfə döyüş təklif etmişəm. O bunu qəbul etməyib. Ancaq indi mən də “Brave” döyüşçüsüyəm.

“Brave” azarkeşlərinə mesajım budur ki, onlar məni uzun müddət unutmayacaq. Onlar məni hələ döyüşçü kimi çox görəcəklər”.

Əsasən Asiya MMA döyüşçüləri arasında keçirilən bu yarış martın 11-də Bəhreynin paytaxtı Manamada baş tutacaq. Bu yarışda Əli Quliyevin şəxsi məşqçisi Aqşin Babayev də döyüşəcək. Onun rəqibi əfqanıstanlı Əbdül Əzim Badaxşi olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı