Kəlbəcərə yeni yolun çəkilişinə nə vaxt başlanılacaq? - AÇIQLAMA

23 Fevral 10:10 Bizimkilər 1 185
Kəlbəcərə yeni yolun çəkilişinə nə vaxt başlanılacaq? - AÇIQLAMA

Kəlbəcərə hələ ki Gəncə-Göygöl-Toğana kəndindən keçən yolla getmək mümkündür.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov deyib.

O deyib ki, tarixi Kəlbəcər yolu olan Tərtər-Ağdərə-Kəlbəcər yolundan istifadə edə bilmirik:

“O yoldan hələ ki sülhməramlılarla birgə keçə bilirik. Lakin ölkə başçısı Azərbaycan xalqının rahat gediş-gəlişi üçün yeni yolun çəkilməsini tapşırıb.

“Ev yolu” adlandırılan bu yol 3263 metr yüksəklikdə olan Ömər zirvəsindən keçəcək. Yol birinci texniki dərəcəyə uyğun və 4 zolaqlı olacaq. Bu yol üzərində hazırlanan layihə artıq hazırdır. Ölkə başçısına təqdim olunacaq.

Yəqin ki, təsdiq olunduqdan və yolun inşasında çalışacaq şirkətlər dəqiqləşdiqdən sonra bu ilin mart ayından Kəlbəcərə yeni yolun çəkilişinə başlanılacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
5 Mart 10:20 Divizionda təyinatlar