Qazzayev Kramarenko haqda: "Qonçarenko ilə işləyə biləcəkmi?"

17 Yanvar 2021 16:20 Bizimkilər 1 119
Qazzayev Kramarenko haqda: "Qonçarenko ilə işləyə biləcəkmi?"

"Dmitri Kramarenkonu əla qapıçı kimi çox yaxşı tanıyıram. Onun atası Sergey Kramarenko da dahi qapıçı olub.

"Neftçi"nin heyətində SSRİ çempionatının bürünc medallarını qazanıb. Həmin vaxt Bakıda mükəmməl komanda var idi".

bu sözləri Moskva MOİK-inin sabiq baş məşqçisi Valeri Qazzayev Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun Moskva klubuna keçidi barədə danışarkən deyib.

Kramarenko MOİK-lə bu ilin mayınadək müqavilə imzalayıb. 67 yaşlı mütəxəssis bildirib ki, təcrübəli məşqçinin təyinatını yüksək qiymətləndirir:

"Dmitri İqor Akinfeyevlə yaxşı tanışdır. Hesab edirəm ki, onları uğurlu birgə fəaliyyət gözləyir. Aralarında əlaqənin olması vacibdir. Düşünürəm ki, bu birlik MOİK-in xeyrinə işləyəcək.

Qonçarenko ilə işləyə biləcəkmi? Kramarenkonu kluba dəvət ediblərsə, şübhəsiz ki, burada baş məşqçinin də rəyi olub. Axı, o da komandaya yaxşı mütəxəssisin gəlişində maraqlıdır".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"