Avropada tanınan hücumçunun “Qarabağ”a gəlmək ehtimalı varmı?

27 İyun 20:20 Qarabağ 2 069
Avropada tanınan hücumçunun “Qarabağ”a gəlmək ehtimalı varmı?

Xorvatiya millisinin hücumçusu Bruno Petkoviç “Qarabağ”ın transfer siyahısından silinməyib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 30 yaşlı forvardın Azərbaycan çempionuna keçmək şansı azdır.

Çünki Zaqreb “Dinamo”sundan ayrılan və hazırda azad agent olan Petkoviçə ən az təklifi məhz Ağdam təmsilçisi göndərib.

İspaniya klubu “Alaves” oyunçuya illik 1,4 milyon avro maaş ödəməyə hazırdır. Ancaq hazırda onun xidmətində ən çox maraqlı olan komanda “Kocaelispor”dur.

Petkoviç özü Superliqa təmsilçisinin 1,5 milyon avro maaş olmaqla 2+1 illik sözləşmə təklifini qəbul etməyi düşünür.

Bruno Petkoviç 2019-cu ildən bu ilin yayına qədər “Dinamo”nun (Zaqreb) formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!