“Qarabağ”dan gedə biləcəyinə EYHAM VURDU

00:50 Qarabağ 1 517
“Qarabağ”dan gedə biləcəyinə EYHAM VURDU

"Həm Albaniya, həm də Azərbaycan mətbuatında gələcək karyeramla bağlı çox şey yazılır".

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın legioneri Redon Cica deyib.

Redon Cica 2023-cü ildən Ağdam klubunda çıxış edir. Albaniyalı hücumçu gələcək karyerası ilə bağlı bunları söyləyib:

“Mənim "Qarabağ"la müqaviləm var. Özümü bu komandada xoşbəxt hiss edirəm.

Sadəcə, futbolçu həyatı elədir ki, bu gün buradasan, sabah başqa kluba gedə bilərsən. Ona görə də dəqiq nəsə demək olmur.

Hazırda dəqiq olan odur ki, mən "Qarabağ"ın futbolçusuyam və buradayam. Gələcək nə göstərəcək, onu bilmirəm".

Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!
26 İyun 17:20 Gedənlər: Bu da 5…
26 İyun 16:20 Daha bir yeni müqavilə
26 İyun 04:00 Komandamız çempion oldu