İcraiyyə Komitəsinin iclasına gəlməyənlər - Yarısı digər federasiyaların prezidentləridir

27 İyun 2025 13:40 Azərbaycan Futbolu 815
İcraiyyə Komitəsinin iclasına gəlməyənlər - Yarısı digər federasiyaların prezidentləridir

AFFA İcraiyyə Komitəsinin üzvlərindən 4-ü iyunun 25-də keçirilmiş iclasda iştirak etməyib.

Sportinfo.az xəbər verir ki, bunlar qurumun vitse-prezidenti Balakişi Qasımov, eləcə də üzvlər Qurban Qurbanov, Zaur Axundov və Fərid Mansurovdur.

Qurbanov "Qarabağ"ın baş məşqçisi qismində komanda ilə birlikdə işğaldan azad olunmuş ərazilərdə səfərdə olduğu üçün toplantıya qatılmayıb.

Qasımov xaricdə səfərdə olması səbəbindən iclasda iştirak etməyib.

Axundov və Mansurovun müzakirələrdə yer almamalarının səbəbi bilinmir.

Balakişi Qasımov eyni zamanda Azərbaycan Qılıncoynatma Federasiyasının, Zaur Axundov Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti, olimpiya çempionu Fərid Mansurov isə Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvüdür (teleqraf).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyun 16:30 Çək və bizə göndər!