“Qarabağ”ı tərk etmək ehtimalı yarandı – İki ölkədən təklifi var

27 İyun 2025 01:20 Qarabağ 8 749
“Qarabağ”ı tərk etmək ehtimalı yarandı – İki ölkədən təklifi var

"Qarabağ"ın daha bir futbolçusu komandadan ayrıla bilər.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, Toral Bayramovun Azərbaycan çempionunu tərk etmək ehtimalı var.

24 yaşlı sol cinah müdafiəçisinə Belçika və Polşa klublarının ciddi marağı var. Azərbaycan milli komandasının üzvü təklifləri götür-qoy edir.

Toral Bayramov ötən mövsüm "Qarabağ"ın heyətində meydana çıxdığı 51 rəsmi matçda 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!