“Qarabağ” SÜRPRİZ TRANSFERin biraddımlığından döndü!

28 İyun 2025 00:30 Qarabağ 15 140
“Qarabağ” SÜRPRİZ TRANSFERin biraddımlığından döndü!

Braziliyadan “Qremio”nun yarımmüdafiəçisi Qabriel Silva “Qarabağ”ın maraq dairəsinə düşüb.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, klublar arasında aparılan danışıqlar da müsbət nəticələnib.

Belə ki, razılığa əsasən, 22 yaşlı pleymeykerin gələcəkdə “Qarabağ”dan başqa kluba transferi təqdirində əldə ediləcək məbləğin 25 faizi “Qremio”ya çatacaqdı.

Braziliya klubu keçidə razılıq versə də, Silva özü Azərbaycan çempionuna “yox” cavabını verib. O, “Qremio”da qalmağı üstün tutub.

Lakin Braziliya klubunun məşqçi korpusu oyunçunu əsas heyətdə düşünmür. Bu səbəbdən Qabriel hazırda əvəzedici komandada məşq etməklə kifayətlənir.

Qabriel Silvanın “Qremio” ilə müqavilə müddəti ilin sonuna qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti