“Neftçi” oyunlarını Azərbaycanda keçirməyəcək - Çempionlar Liqasında

27 İyun 2025 23:20 Qadın futbolu 1 665
“Neftçi” oyunlarını Azərbaycanda keçirməyəcək - Çempionlar Liqasında

“Neftçi”nin qadın futbolçulardan ibarət komandasının UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsini hansı ölkədə keçirəcəyi dəqiqləşib.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan çempionu məhz qardaş ölkədə çıxış edəcək.

“Neftçi” I raundun yarımfinal mərhələsində Türkiyə təmsilçisi “Fomget”lə matçı Ankarada keçirəcək. Ancaq matçın hansı stadionda reallaşacağı hələ bəlli deyil.

Bu cütün qalibinin finalda İsrail komandası “Kiryat”ya matçı da Ankarada təşkil olunacaq.

Birinci mərhələnin yarımfinal oyunu iyulun 30-da, final görüşü isə avqustun 3-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM