“Mançester Siti” böyük hesabla qalib gəldi - Dünya çempionatı

“Mançester Siti” böyük hesabla qalib gəldi - Dünya çempionatı

ABŞ-da keçirilən klublararası dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün G qrupunda mübarizəyə yekun vurulub.

Sonuncu – üçüncü turun “Yuventus” – “Mançester Siti” matçında qrup qalibinin adı məlum olub.

Rəqibini 5 qolla üstələyən İngiltərə təmsilçisi maksimum nəticə (9 xal) ilə qrupu birinci pillədə başa vurub. “Yuventus” isə 6 xalla qrup ikincisi kimi 1/8 finala adlayıb.

Qrupun digər matçında BƏƏ təmsilçisi “Əl-Əyn” əzmkar qələbə qazanmaqla 3 xalla qrupu üçüncü yerdə tamamlayıb.

“Yuventus” (İtaliya) – “Mançester Siti” (İngiltərə) 2:5
Qollar: T.Kupmeyners, 11. D.Vlahoviç, 84 – J.Doku, 9. P.Kalulu, 26-öz qapısına. E.Haaland, 52. F.Foden, 69. Savinyo, 75.

“Vidad” (Mərakeş) – “Əl-Əyn” (BƏƏ) 1:2
Qollar: K.Mailula, 4. Kaku, 50 – K.Laba, 45+1-pen.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!
26 İyun 17:20 Gedənlər: Bu da 5…
26 İyun 16:20 Daha bir yeni müqavilə
26 İyun 04:00 Komandamız çempion oldu