“Qarabağ”dan səmimi reaksiya: “Bu təkliflə məmnuniyyətlə razılaşdıq”

26 İyun 23:20 Qarabağ 661
“Qarabağ”dan səmimi reaksiya: “Bu təkliflə məmnuniyyətlə razılaşdıq”

"Şuşa şəhərindən çox xoş təəssüratlar aldım, bu, hamımız üçün çox həyəcanlı bir səfərdir".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev deyib.

O, azad olunmuş torpaqları yenidən ziyarət etmək ideyasının böyük ruh yüksəkliyi ilə qarşılandığını vurğulayıb:

“İstirahət günümüz idi və buraya gəlmək, sakinlərlə görüşmək, onlarla ünsiyyət qurmaq təklifinə məmnuniyyətlə razılaşdıq".

Cəfərquliyev əlavə edib ki, Şuşada olmaqdan qürur duyur və burada hər kəs xüsusi hisslər yaşayır.

"Qarabağ" dünən Füzuli, Şuşa və Xankəndini ziyarət edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!
26 İyun 17:20 Gedənlər: Bu da 5…
26 İyun 16:20 Daha bir yeni müqavilə
26 İyun 04:00 Komandamız çempion oldu