Dünyaca məşhur hücumçu keçmiş klubunu məhkəməyə verdi

10:20 Fransa 109
Dünyaca məşhur hücumçu keçmiş klubunu məhkəməyə verdi

"Real"da çıxış edən Kilian Mbappe sabiq klub PSJ-yə qarşı məhkəmə iddiası qaldırıb.

Bu barədə AFP məlumat yayıb.

Sportinfo.az xəbər verir ki, mənbənin məlumatına görə, 26 yaşlı fransalı futbolçu may 2025-ci ildə məhkəməyə müraciət edib.

Mbappe iddiasında 2023-cü ildə PSJ tərəfindən ona göstərilən psixoloji təzyiqdən şikayətlənib. Həmin dövrdə klub onun ayrılmaq istəyinə görə Mbappeni oyunlardan və məşqlərdən uzaqlaşdırmışdı.

Mbappe 2024-cü ilin yayında azad agent kimi "PSJ"dən ayrılaraq "Real"a keçmişdi. Ötən mövsüm hücumçu bütün turnirlərdə 56 oyun keçirib, 43 qol vurub və 5 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 17:20 Gedənlər: Bu da 5…
26 İyun 16:20 Daha bir yeni müqavilə