Azərbaycan çempionatının davam etdirilməməsi qərara alındı

3 Aprel 2020 19:16 Basketbol 1 115
Azərbaycan çempionatının davam etdirilməməsi qərara alındı

Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyətinin videokonfransı keçirilib.

Sportinfo.az xəbər verir ki, yığıncaqda kororavirus pandemiyası üzündən dayandırılan Azərbaycan çempionatının taleyi müzakirə olunub.

Fevralın 29-da keçirilən XX turundan sonra dayandırılan Superliqanın davam etdirilməməsi qərara alınıb. Fasiləyə qədər 38 xalla birinci pillədə olan "Zirvə Astara" ölkə çempionu elan edilib. 34 xala malik "Atom" 2-ci, aktivindəki 32 xalla "Gəncə" 3-cü yerin sahibi olub.

Beynəlxalq Basketbol Federasiyası (FİBA) 2020-ci ilin martın 13-dən bütün beynəlxalq yarışların dayandırılması barədə qərar verib. Eyni zamanda, bir sıra Avropa ölkələrində (Polşa, Ukrayna, Litva və s.) yerli çempionatlar dayandırılaraq qaliblər elan edilib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM