"Neftçi"nin məşqçisi: "Bunun üzərində işləməliyik"

20 Mart 04:00 Basketbol 484
"Neftçi"nin məşqçisi: "Bunun üzərində işləməliyik"

"Neftçi"nin məşqçisi Daviti Çivçivadze Azərbaycan Basketbol Liqasının XIX turunda "Sərhədçi"yə qalib gəldikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında qələbəyə görə sevincli olduqlarını bildirib.

"İlk öncə qələbə münasibətilə komandamı təbrik edirəm. Bildiyimiz kimi, pley-offa az qalıb. Hər bir oyun vacibdir.

Bu görüşdə müdafiə ribaundlarında problemlər yaşadıq. Rəqib komanda 23 hücum ribaundu etmişdi və təbii ki, bu, çoxdur.

Bunun üzərində işləməliyik. Ribaunda nəzarət edən komanda qalib olur. Artıq biz Azərbaycan Kubokunun yarımfinalına hazırlaşacağıq", - deyə D.Çivçivadze vurğulayıb.

"Sərhədçi" - "Neftçi" matçı ikincilərin 84:68 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”