"Bunu bacaran tək komandayıq, təşəkkür etmək istəyirəm”

14 Mart 08:30 Basketbol 271
"Bunu bacaran tək komandayıq, təşəkkür etmək istəyirəm”

"Yaxşı mübarizə apardıq. Xüsusi olaraq Elşad Şirzadova təşəkkür etmək istəyirəm".

Sportinfo.az xəbər verir ki, bunu “Gəncə” basketbol klubunun baş məşqçisi Halil Atlı klubun mətbuat xidmətinə açıqlamasında deyib:

Türkiyəli mütəxəssis azərbaycan kubokunda "Sərhədçi" üzərində qazanılan 94:89 hesablı qələbəni şərh edib: "Kapitanınmız meydanda daha çox oynadı. Həmçinin, Cəbrayıl Əkbərov da çox yaxşı mübarizə apardı. Bu qələbəmizdə hər ikisinin payı böyükdür. Bütün oyunçularım ilə fəxr edirəm. Liqada "B" qrupunda yer alaraq "A" qrupundan bir komandanı məğlub edən tək kollektivik. Artıq yarımfinaldayıq. Bu qələbəni Gəncəyə ərməğan edirik. Azərbaycan Kubokunda şəhərimizi layiqincə təmsil etməkdə davam edəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 20:20 Mahir niyə AĞLAYIB?
17 Aprel 09:00 Qəpik-quruş BAZARI