"Neftçi"nin məşqçisi: “Səhvə yol verməsək, istənilən komandaya qalıb gələ bilərik”

10 Fevral 03:40 Basketbol 593
"Neftçi"nin məşqçisi: “Səhvə yol verməsək, istənilən komandaya qalıb gələ bilərik”

"Hücumda və müdafiədə yaxşı oynadıq".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nın məşqçisi Daviti Çivçivadze Azərbaycan Basketbol Liqasının XIV turunda "Sərhədçi" ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

"Neftçi" - "Sərhədçi" qarşılaşması birincilərin 82:67 hesablı qələbəsi ilə yekunlaşıb. Mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib:

"Çox çətin oyun oldu. Sonuncu görüşdə məğlub olmuşduq.

Odur ki, bu qələbə çox vacib idi. Müdafiədə yaxşı çıxış etsək və ötürmələrdə səhvə yol verməsək

, istənilən komandaya qalıb gələ bilərik. Bu gün elə də oldu. Rəqib komandanı 67 xalda saxladıq və 26 assistimiz var idi.

Ümumiyyətlə, bu gün hücumda və müdafiədə yaxşı oynadıq. Komandamı qələbə münasibətilə təbrik edir və uğurlar arzulayıram."

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”