"Neftçi"nin baş məşqçisi: "Bu cür davam edə bilsək..."

20 Yanvar 05:00 Basketbol 650
"Neftçi"nin baş məşqçisi: "Bu cür davam edə bilsək..."

"Oyunçulara, komanda heyətinə və kluba təşəkkür edirəm, çox böyük iş gördülər".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin basketbol komandasının baş məşqçisi Daviti Çivçivadze klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Gürcü mütəxəsissi "Naxçıvan"la oyunda qazanılan 73:63 hesablı qələbəni şərh edib:

"Oyunçularımız isə əsl xarakter nümayiş etdirdilər və nəticədə qələbə qazandıq. Onları həm göstərdikləri oyuna, həm də qazanılan qələbəyə görə təbrik edirəm.

Rəqib komandaya da yaxşı oyun göstərdiklərinə görə təşəkkür edirəm. İnanıram ki, bu cür davam edə bilsək, gələcək oyunlarda uğurlarımız bol olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!
14 İyul 03:40 Avropa çempionu Bakıda