Azərbaycan Basketbol Liqasının V turunda "Şəki" autsayder "Lənkəran"ı 89:64 hesabı ilə məğlub edib.
Sportinfo.az xəbər verir ki, B qrupunda baş tutan matçdan sonra V turun qarşılaşmalarına yekun vurulub.
Turun əvvəlki beş matçında "Quba" "Ordu"ya (101:75), "Sərhədçi" NTD-yə (84:79), "Abşeron" "Neftçi"yə (72:56), "Sabah" "Naxçıvan"a (75:74), "Sumqayıt" isə "Gəncə"yə (85:79) qalib gəlib.
Beləliklə, birinci dövrənin oyunları yekunlaşıb. “Sumqayıt”ın “Gəncə” üzərində qələbəsi ilə bərabər, çempionatda qələbə üzünə həsrət yalnız “Neftçi”dir.
Beləcə ilk dövrədən sonra “A” qrupuna yoluna məğlubiyyətsiz davam edən “Sabah”, “B” qrupuna isə region təmsilçisi “Gəncə” başçılıq edir.
İkinci dövrəyə 10 dekabrda baş tutacaq “Naxçıvan” – “Neftçi” oyunu ilə start veriləcək.