"Sabah"ın finaldakı rəqibi

12 May 2024 09:00 Basketbol 1 211
"Sabah"ın finaldakı rəqibi

Sərhədçi İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti yarımfinal oyunu baş tutub.

Sportinfo.az xəbər verir ki, pley-offun yarımfinal mərhələsində "Xəzri" və "NTD-İndiqo" seriyanın 2-ci oyununa çıxıblar.

Oyunun əvvələrindən üstünlüyü "NTD-İndiqo" ələ keçirsə də, sonradan geridönüş etməyi bacaran debütant "Xəzri" yekunda 86-81 hesablı qələbə qazanıb.

Bu qələbə ilə "Xəzri" seriyada 2-0 hesablı qalibiyyət əldə edib və finalda "Sabah" ın rəqibi olub. "NTD-İndiqo" isə 3-cü yer uğrunda "Xırdalan" klubu ilə oyunlarda iştirak edəcək.

Ən məhsuldar basketbolçular: "Xəzri" (Cordan Perkins - 23 xal, 8 asist), "NTD-İndiqo" (Qeylen Smit - 22 xal, 12 ribaund)

"Xəzri" və "Sabah" arasında final seriyasının ilk oyunu 16 may tarixində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”