“8 komandadan biri Azərbaycan millisi olacaq” - FOTO

15 Aprel 2024 08:40 Basketbol 861
“8 komandadan biri Azərbaycan millisi olacaq” - FOTO

Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev qadınlardan ibarət 3x3 basketbol millimizin Paris-2024-ə lisenziya qazanması ilə bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, o, paylaşımda hər kəsi bu münasibətlə təbrik edib. E.Əmrullayev yazıb:

“Paris 2024” Yay Olimpiya Oyunlarında dünya ölkələrini 3x3 basketbol üzrə 8 komanda təmsil edəcək.

Onlardan biri də doğma Azərbaycandır. Hər birinizi bu tarixi uğur münasibətilə təbrik edirəm! Azərbaycana zəfər yaraşır!"

Azərbaycan tarixdə ilk dəfə komanda oyununda Olimpiya vəsiqəsi qazanır.

Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!