AFFA liqalarda 2020/2021 mövsümünün startı təxirə saldı

16 Oktyabr 2020 17:52 Azərbaycan Futbolu 409
AFFA liqalarda 2020/2021 mövsümünün startı təxirə saldı

AFFA-nın təşkil etdiyi aşağı yaş qrupu üzrə liqalarda 2020/2021 mövsümünün startı təxirə salınıb.

Sportinfo.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 17 - 23 oktyabrda keçirilməsi nəzərdə tutulan bütün liqaların oyunları ertələnib.

Buna Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusun yayılmasına görə tətbiq etdiyi məhdudiyyətlər səbəb olub. AFFA matçların keçiriləcəyi tarixlər barədə əlavə məlumatların veriləcəyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti