Fransa, İtaliya, Ukrayna, Serbiya və Türkiyə milliləri Azərbaycan yolunda

15 Mart 2023 01:50 Azərbaycan Futbolu 960
Fransa, İtaliya, Ukrayna, Serbiya və Türkiyə milliləri Azərbaycan yolunda

Azərbaycan Minifutbol Federasiyasının (AMF) dəstəyi ilə may ayının 1-dən 6-dək Bakıda beynəlxalq turnir keçiriləcək.

Sportinfo.az federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir may ayının 1-də start götürəcək.

Turnirdə Azərbaycanla yanaşı, Çexiya, Cənubi Afrika Respublikası, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Serbiya, Türkiyə və Ukrayna milliləri iştirak edəcək.

Yarışın qalibi may ayının 6-da müəyyənləşəcək. Oyunları beynəlxalq dərəcəli yerli və əcnəbi hakimlər idarə edəcəklər.

Oyunlar Bakı Tennis Akademiyasında keçiriləcək.

Xəbər Lenti