Azərbaycanın 12 klubuna 1 milyon 717 min avro ayrıldı

23 Aprel 00:30 Azərbaycan Futbolu 413
Azərbaycanın 12 klubuna 1 milyon 717 min avro ayrıldı

UEFA Avropanın bütün 55 milli assosiasiyasının üzv olan 901 kluba maddi vəsait ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barəqə qitənin ali futbol qurumunun bu gün açıqladığı hesabatda bildirilib.

Vəsaitin ümumi məbləği 233 milyon avro təşkil edir. Onların sırasında elit və aşağı liqa təmsilçiləri var.

Vəsait klublara futbolçularının UEFA-nın milli komanda turnirlərində - 2020/21 və 2022/23 Millətlər Liqası, “Avro-2024”ün seçmə və final mərhələlərində iştirakına görə ayrılıb.

Azərbaycana 1 milyon 717 min avro ayrılıb ki, bu da Avropada milli komandalara futbolçu göndərən klublarımız arasında bölünüb.

Siyahıya “Qarabağ” başçılıq edir. Ağdam klubunun qazancı 681 min 574 avro təşkil edib. Sonrakı yerləri “Sabah” (292 min 720 avro) və “Neftçi” (241 min 494 avro) tutub.

UEFA-nın hesabatına görə, Azərbaycan klublarına aşağıda qeyd edilən miqdarda vəsait ayrılıb (Sənəd UEFA-nın hesabatından götürülüb):

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 11:00 Bax və işini belə qur!