“Qarabağ” - Kim bizi istəyirsə, yanımızda olsun!

17:20 Qarabağ 173
“Qarabağ” - Kim bizi istəyirsə, yanımızda olsun!

Premyer Liqanın 35-ci turunda keçiriləcək "Qarabağ" - "Kəpəz" matçı üçün bilet satışı başlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Mayın 18-də "Azersun Arena"da oynanılacaq görüşdən sonra 2024/25 mövsümünün çempionu olan "Qarabağ"a kubok və qızıl medallar təqdim ediləcək.

"Qarabağ" sosial şəbəkələrdəki paylaşımı ilə azarkeşləri bilet almağa və komandanın yanında olmağa dəvət edib.

Məlumatda qeyd olunub ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Azarkeşlər biletləri oyun günü qeyd olunan satış məntəqələrindən, həm də “Azersun Arena”nın kassasından əldə edə bilərlər.

Görüş saat 19:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti