Texniki direktor və koordinatorlar AFFA-ya çağırıldı

Texniki direktor və koordinatorlar AFFA-ya çağırıldı

Aşağı yaş qrupları üzrə liqalarda çıxış edən komandaların akademiyalarının texniki direktor və koordinatorları ilə AFFA-nın Yarışların Təşkili Departamentinin əməkdaşları arasında görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, milli assosiasiyanın inzibati binasında baş tutan görüşdə qurumun baş katibinin müavini Kamran Vəliyev, Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov, Misli Premyer Liqasında çıxış edən klubların və yenidən elitaya yüksələn “Qəbələ”nin akademiyasının nümayəndələri iştirak ediblər.

Aşağı yaş qrupları üzrə liqaların təşkili, başa çatmaqda olan mövsümün yekunları müzakirə olunub, eləcə də 2025/2026 mövsümünə dair fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.

Qeyd edək ki, yaxın vaxtlarda digər komandaların nümayəndələri ilə də görüşlərin keçirilməsi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti