Premyer Liqada iştirakına icazə veriləcək yeni klublar - 8-ni gözləyin...

6 May 2025 09:40 Azərbaycan Futbolu 4 065
Premyer Liqada iştirakına icazə veriləcək yeni klublar - 8-ni gözləyin...

Növbəti mövsüm Premyer Liqa, I Liqa və II Liqada mübarizə aparan klubların adlarının nə vaxt açıqlanacağı bəlli olub.

AFFA-dan əldə etdiyimiz məlumata görə, mayın 8-də Lisenziya Qrupunun toplantısı keçiriləcək.

Həmin yığıncaqda lisenziyalaşdırma prosesinin nəticələri barədə məlumat veriləcək.

Qarşıdakı sezondan Premyer Liqada iştirakçı sayı 10-dan 12-yə çatdırılacaq. I Liqadan bura birbaşa 3 komanda gələcək.

«Qəbələ», «İmişli» və «Karvan» ilk üç yerin sahibi kimi elitaya vəsiqə qazanıb. II Liqadan isə «Şahdağ Qusar», «Şəfa» və «Şimal» bü hüquqa yiyələnib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...