
19 ildən sonra Premyer Liqaya qayıdan "İmişli" yeni mövsümün planlarını cızmağa başlayıb.
Bölgə klubu işə baş məşqçi postuna axtarışla start verib.
Klub rəhbərliyi yeni çalışdırıcı ilə elitaya start verməyi düşünür.
Namizədlər arasında yer alan bütün adlar isə yalnız əcnəbilərdən ibarətdir.
Rəsmilər bir neçə legioner mütəxəssislə təmasa keçiblər.
Xatırladaq ki, hazırda klubun baş məşqçisi Fərid Namazovdur.
Klub başbilənləri gənc mütəxəssislə yüksək Liqada çıxış etməyi riskli hesab edir.
Əlavə edək ki, aran təmsilçisi Birinci Liqada mövsümünü sona çatmasına 4 tur qalmış 44 xalla ikinci sırada yer alır.
XANOĞLAN / SPORTİNFO.AZ