Azərbaycanı Çempionlar Liqasında 2 klub təmsil edəcək - PÜŞKATMA

14 Noyabr 2022 18:10 Azərbaycan Futbolu 844
Azərbaycanı Çempionlar Liqasında 2 klub təmsil edəcək - PÜŞKATMA

Bu gün çinifutbol üzrə Azərbaycan çempionatının püşkatma mərasimi təşkil olunub.

Sportinfo.az xəbər verir ki, püşkatmada 17 komanda iştirak edib. Bəzi regionlar da daxil olmaqla liqada 17 komanda mübarizə aparacaq.

1-ci və 2-ci yerləri tutan komandalar Çempionlar Liqasında, 3-cü yerin sahibi isə Avroliqada ölkəmizi təmsil etmək hüququ qazanacaq.

Çempionat dairəvi sistemlə keçiriləcək. Təxminən yeddi aydan sonra 8 komandanın iştirakı ilə pley-off mərhələsi baş tutacaq.

Ölkə çempionatında iştirak edəcək komandaların siyahısı:

1 - “Qarabağ”
2-“Dəmir Yumruq”
3-“Bakı”FK
4-“Real" Bakı
5-“Sumqayıt”
6-“Veteran”
7- “Aznur”
8- “Galaxy”Şuşa
9- “Zəfər”
10-“Odlar Yurdu”
11-“Dəyirman”
12- “Dinamo” Gəncə
13- “Qaradağ Lökbatan”
14- “Zəngəzur”
15- “Xəzər”
16- “Füzuli Ərgünəş”
17- “Birbaşa Bakı”

İlk turun oyunları:

"Aznur"- “Real”
"Sumqayıt" – "Bakı"
"Xəzər" - "Birbaşa"
"Qaradağ Lökbatan" – "Füzuli Ərgünəş"
"Dinamo Gəncə" - "Odlar Yurdu"
"Dəyirman"- "Dəmir Yumruq"
"Qarabağ" - "Qalaksi Şuşa"
"Veteran" - "Zəngəzur"

Digər Xəbərlər
Xəbər Lenti