Tanınmış azərbaycanlı idmançını 1 gündə iki dəfə əməliyyat etdilər - FOTOLAR

18 May 2025 03:10 Karate 1 184
Tanınmış azərbaycanlı idmançını 1 gündə iki dəfə əməliyyat etdilər -  FOTOLAR

Məşhur azərbaycanlı idmançı Rafael Ağayev əməliyyat olunub.

Sportinfo.azxəbər verir ki, bu barədə karate üzrə olimpiya mükafatçısı sosial şəbəkə hesabında paylaşım edib.

Tanınmış idmançı eyni gündə 2 dəfə əməliyyat olub. O, burnundakı çəpər əyriliyinə və sol əlindəki 3 qırıq sümüyə görə əməliyyat edilib.

İdmançının hər iki əməliyyatı uğurla keçib.

40 yaşlı idmançı dəfələrlə dünya və Avropa çempionatının qalibi adını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim