Bölgə klubu bombardirə ELÇİ DÜŞDÜ

16 May 2025 17:20 Azərbaycan Futbolu 2 076
Bölgə klubu bombardirə ELÇİ DÜŞDÜ

"Zirə"nin hücumçusu Şahmar Aşurov yeni mövsümə başqa klubda başlaya bilər.

Onun xidmətində "Kəpəz" maraqlıdır.

Bölgə klubunun rəsmiləri bu niyyətlə qarşı tərəfə müraciət edib.

"Sabah"ın yetirməsi ötən yaydan "qartallar"ın şərəfini qoruyur.

Rəşad Sadıqovun davamlı əsas komandaya dəvət etdiyi gənc futbolçu əvəzedici komandanın bombaridir.

O, bu mövsüm "ikincilər"in yarışında 14 qolla yadda qalıb.

İstedadlı gənc aşağı yaş millilərin də formasını geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti