Azərbaycanda final oyununun biletləri satışa çıxarıldı

15 May 2025 23:20 Azərbaycan Futbolu 633
Azərbaycanda final oyununun biletləri satışa çıxarıldı

Azərbaycan kubokunun final oyununun biletləri satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.

Mayın 31-də "Qarabağ" və "Sabah"ın üz-üzə gələcəyi həlledici qarşılaşmanın biletlərini bu gündən etibarən iTicket.az saytı və satış məntəqələrindən əldə etmək mümkündür.

Məlumatda o da qeyd olunub ki, azarkeşlər üçün görüşdən 1 saat əvvəl - saat 18:00-da "Darvish Band" qrupunun konsert proqramı təşkil olunacaq.

Biletlərin satış məntəqələri:

Gənclik Mall

28 Mall

Heydər Əliyev Sarayı

Köşk №1 (M. Rəsulzadə küç. 3, Bakı)

Köşk №2 (Bülbül prospekti və Nizami küçəsinin kəsişməsi, Bakı)

1, 2, 3, 4 saylı ASAN xidmət mərkəzləri və 1 saylı Sumqayıt ASAN xidmət mərkəzi.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd olunub ki, final görüşünün keçiriləcəyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun kassalarından biletləri yalnız oyun günü əldə etmək mümkündür.

Bilet qiymətləri 3 , 5 , 10, 15, 20, 30 və 50 AZN ("VIP Lounge") təşkil edir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...