
Konfrans Liqasının 2025-26 mövsümünün ilk püşkatmalarına qatılacaq komanda sayı 58-ə yüksəlib.
Sportinfo.az xəbər verir ki, onlardan 41-i I, 17-si II təsnifat mərhələsindən yarışa qoşulacaq.
Azərbaycanı bu turnirdə təmsil edəcək 2 komanda püşk zamanı II təsnifat mərhələsinin səpələnməmişlər səbətində qərarlaşacaq.
Onların artıq 8 potensial rəqibi məlumdur. Bunlar “Makkabi” (Hayfa, İsrail), “Omoniya” (Kipr), “Astana” (Qazaxıstan), “Riqa” (Latviya), AEK (Yunanıstan), “Ballkani” (Kosovo), “Vikinq” (Norveç) və “Rusenborq”dur (Norveç).
Hazırda “Zirə”, “Araz-Naxçıvan”, “Turan Tovuz” və “Sabah” iki yerə namizəd 4 komandadır. Kimlərin vəsiqə qazanacağını isə Premyer Liqanın son iki turu və Azərbaycan Kubokunun final oyunu müəyyənləşdirəcək.
Konfrans Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər
“Şemrok Rovers” (İrlandiya)
HİK (Finlandiya)
“Flora” (Estoniya)
“Klaksvik” (Farer adaları)
“Vikinqur” (İslandiya)
“Petrokub” (Rumıniya)
“Larne” (Şimali İrlandiya)
“Payde” (Estoniya)
“Partizani” (Albaniya)
“Sent Patriks” (İrlandiya)
“La Fiorita” (San Marino)
“Vlajniya” (Albaniya)
“Jalgiris” (Kaunas, Litva)
“Ordabası” (Qazaxıstan)
“Floriana” (Malta)
“Torpedo” (Belarus)
“Sent Jozefs” (Cəbəllütariq)
Səpələnməmişlər
“Atletik” (Andorra)
“Torpedo” (Kutaisi, Gürcüstan)
“Valyur” (İslandiya)
“Tre Fiori” (San Marino)
“Jelezniçar” (Bosniya və Herseqovina)
“Kliftonvill” (Şimali İrlandiya)
“Birkirkara” (Malta)
“Sileks” (Şimali Makedoniya)
“Dauqavpils” (Latviya)
SJK (Finlandiya)
“Runavik” (Farer adaları)
“Heqelman” (Litva)
“Nomme Kalyu” (Estoniya)
“Dinamo” (Tirana, Albaniya)
OFK (Monteneqro)
“Penibont” (Uels)
“Spaeri” (Gürcüstan)
“Rabotniçki” (Şimali Makedoniya)
Qeyri-müəyyənlər
“Dila” (Gürcüstan)
“FK Santa Koloma” (Andorra)
“Dinamo” (Brest, Belarus)
“Auda” (Latviya)
“Neman” (Belarus)
“Maqpies” (Cəbəllütariq)
II təsnifat mərhələsi
Səpələnmişlər
“Makkabi” (Hayfa, İsrail)
“Omoniya” (Kipr)
“Astana” (Qazaxıstan)
“Riqa” (Latviya)
AEK (Yunanıstan)
“Ballkani” (Kosovo)
“Vikinq” (Norveç)
“Rusenborq” (Norveç)
Səpələnməmişlər
“Jilina” (Slovakiya)
“İlves” (Finlandiya)
“Droheda” (İrlandiya)
“Akyureyri” (İslandiya)
“Danqannon” (Şimali İrlandiya)
“Banqa” (Litva)
Qeyri-müəyyənlər
“HB Torshavn” (Farer adaları)
“Sarayevo” (Bosniya və Herseqovina)
AİK (İsveç)
I təsnifat mərhələsinin püşkü iyunun 17-də, II təsnifat mərhələsinin püşkü isə 18-də atılacaq.