
“Mançester Yunayted”in və Braziliya millisinin yarımmüdafiəçisi Kazemiro “Real”ın baş məşqçisi Karlo Ançelottinin yığmaya təyinatından məmnundur.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Məncə, bu olmalı idi. Braziliyada onun kimi peşəkara, onun kimi böyük hörmətə malik birinə ehtiyac var idi. O, müstəsnadır. O, inanılmazdır.
Sevinirəm ki, bu səviyyədə məşqçi Braziliya millisini çalışdırır, amma bunun qısa müddətə olması məni bir az kədərləndirir.
Onu şəxsən tanıdığım üçün cəmi bir il… Vaxt çatmır.
Bizə daha çox lazım idi. Məncə, şəraiti nəzərə alsaq, o, daha əvvəl komandada olmalı idi.
Mənim milliyə qayıtmağım barədə danışmaq çətindir. Amma Braziliya millisinə belə səviyyəli məşqçi gələndə, təbii ki, komandaya qayıtmaq istəyirsən”.
Kazemiro “Real”da 2013-2015-ci illərdə Ançelottinin rəhbərliyi altında çıxış edib. Braziliyalı futbolçu bu müddət ərzində iki dəfə Çempionlar Liqasının və La Liqanın qalibi olub.
Ançelotti mayın 26-da milli komandaya qoşulacaq.