
Vensan Abubakarın “Qarabağ”la danışıq apardığı yaydığımız xəbər artıq bütün sərhədləri aşıb.
Afrika mediasının ardınca, Türkiyənin “Fanatik” və “Fotomac” qəzetləri də saytımızın tirajladığı informasiyanı paylaşıb.
İndi onun Çempionlar Liqasında oynamaq istəyi və buna görə də “Qarabağ”a keçməkdə maraqlı olduğunu bildirilir.
33 yaşlı forvard əvvəllər “Portu”, “Beşiktaş”, “Loryan” və “Əl-Nəsr”də çıxış edib. O, bu mövsüm Türkiyə superliqasında 25 oyunda meydana çıxıb, 7 qol vurub və 2 qolun ötürməsini edib.
Kamerun millisinin hücumçusu bugünlərdə "Hatayspor" ilə müqaviləni qarşılıqlı şəkildə ləğv edib. Agentlər onun xidmətini "köhlən atlar"a təklif eləyib.
Abubakar bir neçə illik aradan sonra yenidən Çempionlar Liqasında forma geyinmək arzusundadır.
O, bu məqsədinə çatmaqdan ötrü maliyyə şərtlərində Azərbaycan çempionuna güzəştə getməyə də hazırdır.
33 yaşlı ön xətt oyunçusu Türkiyə Super Liqasında çıxış edən "Hatayspor"dan bugünlərdə ayrılıb. Mövsümün əvvəlində komandaya qoşulan kamerunlu ilə qarşılıqlı razılıq əsasında müqaviləsinə xitam verilib.
"Qarabağ" bu mövsüm 28 matçda 8 qol, 2 assistlə yadda qalan Abubakarın maliyyə şərtlərini ödəyə bilər. Onları narahat edən başqa məsələdir.
Belə ki, Kamerun yığmasının üzvünün xarakteri ilə bağlı söyləntilər "köhlən atlar"ı qayğılandırır. Tanınmış qolçunun ziddiyətli xasiyyəti barədə məlumatlar hazırda incələnir.
"Beşiktaş" rəhbərliyinə yaxın şəxslərdən rəy istənilib. Çünki onun bir neçə il öncə baş məşqçi Sergen Yalçınla problem yaşaması haqda Tğürkiyə mediasında xəbərlər mövcuddur.
Abubakarın hazırkı real bazar qiyməti 500 min avrodan bir qədər aşağıdır. Hər halda menecerlər ona bu rəqəm ətrafında klub axtarır.
«Qarabağ» həmin məbləği ödəyə bilər.
Yaddan çıxarmayaq, Azərbaycan çempionunun düşərgəsində ondan xeyli ödənişli futbolçular var. Abdulla Zubir və Kadi Borgesi misal çəkə bilərik.
SPORTİNFO.AZ