COP29

Sumqayıtlı azarkeşlərdən Ayxan Abbasova xüsusi münasibət - Tovuzdan FOTO

5 May 16:05 Turan 547
Sumqayıtlı azarkeşlərdən Ayxan Abbasova xüsusi münasibət - Tovuzdan FOTO

"Kəpəz" - "Sumqayıt" oyunundan öncə (1:1) qonaq komandanın azarkeşləri Ayxan Abbasovla görüşüblər.

Fanatlar Abbasovu "Turan Tovuz"un bazasında ziyarət edib.

Görüşdə "Sumqayıt"ın sabiq, "Turan Tovuz"un indiki kaiptanı Şəhriyar Əliyev də iştirak edib.

Tərəflər çay süfrəsində təxminən yarım saat söhbət edib, ötən günləri xoş hislərlə yada salıblar.

Sonda fanatlar baş məşqçiyə gələcək karyerasında uğur arzulayaraq ondan ayrılıblar.

Ayxan Abbasov hazırda "Turan Tovuz"u çalışdırır.

Təcrübəli mütəxəssis 2018-2021-ci illər aralığında "Sumqayıt"ın baş məşqçi postunda yer alıb.

O, "Gənclik şəhəri" təmsilçisi ilə bürünc medal qazanıb, iki dəfə ölkə kubokunda final oynayıb.

Tarixində ilk dəfə avrokuboklara aparıb. Və bu hal iki dəfə yaşanıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti