“Sportinfo” Azərbaycan millisi ilə bağlı əşyanı auksiona çıxaran şəxsi tapdı və... FOTOLAR

17 May 2024 21:20 Hadisə 868
“Sportinfo” Azərbaycan millisi ilə bağlı əşyanı auksiona çıxaran şəxsi tapdı və... FOTOLAR

Sosial şəbəkələrdə qədim əşyaların alqı-satqısını həyata keçirən səhifələrin birində futbolla bağlı əşya satışa çıxarılıb.

Söhbət 2021-ci ilin mayın 27-də Alanyada Türkiyə və Azərbaycan milliləri arasında baş tutan oyunla bağlı hazırlanmış stolüstü medaldan gedir.

Elanı yerləşdirən Mehdi Abbasovdan aldığımız məlumata görə, əşyanın satılmasını ondan kolleksiya həvəskarı olan tanışı xahiş edib.

Türkiyə Futbol Federasiyasının hər oyun üçün hazırladığı medalı həmin şəxs qardaş ölkədən əldə edib.

Hələ ki, suvenirin dəqiq satış qiyməti yoxdur.

Potensial müştərilərin arasında auksiona çıxarılan əşyaya ən çox pul xərcləmək istəyən şəxs qənimətə sahib olacaq. Satış qiyməti minimum 50 manatdan başlayır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”