Qonşularımız Bakıya gələ bilmədi, millimizin planı pozuldu

18 May 2024 01:10 Milli komanda 702
Qonşularımız Bakıya gələ bilmədi, millimizin planı pozuldu

Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin hazırlıq proqramında dəyişiklik edilib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan və Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandaları arasında mayın 18-də və 21-də Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılan iki yoldaşlıq görüşü baş tutmayacaq.

Buna səbəb Gürcüstan kollektivinin Azərbaycana səfər edə bilməməsidir.

Azərbaycanın U-17 millisinin təlim-məşq toplanışı mayın 21-dək davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO