COP29

"Biz xoşbəxtik və komandanın yaxşılığı üçün bütün gücümüzü meydanda verməyə hazırıq"

17 May 23:00 Müsahibə 889
"Biz xoşbəxtik və komandanın yaxşılığı üçün bütün gücümüzü meydanda verməyə hazırıq"

“Sumqayıt”ın forvardı Kasimir Ninqa Premyer Liqanın 34-cü turunda “Səbail”i məğlub etdikləri matç (2:1) haqda Sportinfo.az-a müsahibə verib.

- Oyun barədə nələr deyə bilərsən?

- “Səbail”lə oyunda qələbə bizim üçün çox vacib idi. “Kəpəz”lə son oyunumuzu nəzərə alsaq, “Səbail”lə oyunda qalib gəlməyə borcluyduq. Sevinirəm ki, bunu bacardıq.

- Nəticə əla olsa da, göstərdiyiniz oyun barədə bunu demək olmaz. Razısan?

- Doğrudur, futbolsevərlər gözəl futbol izləməyi sevirlər, amma ən əsası sonda qalib olmaqdır. Hazırda vacib olan 3 xaldır.

- Tovuzda buraxılan son dəqiqə qolunun şokundan ayılmaq çətin olmadı?

- “Kəpəz”lə heç-heçəmizi unutmaq çox çətindir. Biz favorit idik. Və rəqib azlıqda qalmışdı. Konsetrasiyamızı itirdiyimiz üçün son dəqiqədə məyus olduq. Amma yaxşı ki, həmin pis anı tez unudub, bu gün qələbə qazan bildik.

- Qol vurduğun bütün oyunlarda "Sumqayıt" qələbə qazanıb. Necə şərh edərdin?

- Bizim yaxşı futbolçulardan ibarət yaxşı komandamız var. Komandada kimin qol vurmasından asılı olmayaraq, hamımız bir-birimizi tamamlayırıq. Biz xoşbəxtik və komandanın yaxşılığı üçün bütün gücümüzü meydanda verməyə hazırıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"