Məşhur klubun danışıqlar apardığı yeganə baş məşqçi

18 May 2024 15:40 Futzal 1 353
Məşhur klubun danışıqlar apardığı yeganə baş məşqçi

“Bayern” hələ də yeni baş məşqçi axtarışındadır.

Sportinfo.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi Tomas Tuxelin yerinə yalnız bir namizədi nəzərdən keçirir.

Bildirilir ki, münhenlilərin baş məşqçi postuna yeganə namizədi “Brayton”un hazırkı baş məşqçisi Roberto de Zerbidir. “Bayern”in idman direktoru Maks Eberl 44 yaşlı mütəxəssislə danışıqlar aparır.

Münhen klubunun siyahısında başqa namizəd yoxdur.

Daha əvvəl “Bayern”in alman mütəxəssis Hans-Diter Fliki komandaya qaytarmaqdan imtina etdiyi məlum olub. Həmçinin, münhenlilər Xabi Alonso, Yulian Naqelsmann, Oliver Qlasner və Ralf Ranqniklə anlaşa bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti