Azərbaycanla oyuna yeni baş məşqçi ilə çıxacaqlar

18 May 2024 11:20 Milli komanda 626
Azərbaycanla oyuna yeni baş məşqçi ilə çıxacaqlar

Millətlər Liqasının C1 qrupunun qarşıdakı oyunlarında Azərbaycanın rəqibi olan Estoniya yığması yeni baş məşqçi ilə bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, Estoniya millisində isveçrəli Tomas Xeberlini postundan ayrılacaq.

Onu kimin əvəzləyəcəyi də dəqiqləşib. Belə ki, Estoniya millisi yerli mütəxəssis Yurgen Hennə tapşırılacaq.

Təyinatın iyunda reallaşacağı gözlənilir. Xatırladaq ki, Azərbaycan və Estoniya yığmaları arasında görüşlər oktyabrın 11-də və noyabrın 16-da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti